TRT Rus Xidməti Bizim.Media ilə əməkdaşlığa başladı - FOTO

TRT Rus Xidməti Bizim.Media ilə əməkdaşlığa başladı - FOTO

Hazırda oxunan: TRT Rus Xidməti Bizim.Media ilə əməkdaşlığa başladı - FOTO

6757

TRT-nin Rus Xidmətinin Baş redaktoru Mirsəid Həbibullayev artıq bir neçə vaxtdır ki, Bakıdadır və xidmətin fəaliyyətinin qurulması ilə məşğuldur. Baş redaktor Bakıda olarkən Bizim.Media-nın da qonağı olub, xidmət haqqında bəzi məlumatları bölüşüb. Mirsəid Həbibullayev deyir ki, TRT-nin Rus Xidməti bu il mayın 24-dən fəaliyyətə başlayıb, tezliklə xidmətin çıxış arealını böyütmək fikrindəyik:

“Təbii ki, ən böyük xidmətimiz Moskva şəhərində yerləşir. Orda həmçinin nümayəndəliyimiz, video materiallar hazırlayan prodakşınımız var. Digər media qurumlarının jurnalistləri ilə sıx əlaqədə çalışırıq. Başqırtıstanda, Ukraynanın paytaxtı Kiyev şəhərində, Bakıda xidmət göstəririk. Hələlik bunlara nail olmuşuq. Əsas məqsədimiz eksklüzivlərə nail olmaqdır”. 

Mirsəid Həbibullayev II Qarabağ Savaşı zamanı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətin rolundan da danışdı. Bildirdi ki, qardaş Azərbaycanın haqq işi uğrunda biz əlimizdən gələni etməyə hazırıq:

“Müharibə amansız məfhumdur. Amma mən konflikti yaxşı bilirəm. 1980-ci illərin sonunda ermənilərin Azərbaycana qarşı başlatdığı siyasət çoxlu faciələrə yol açdı. İndi şadıq ki, azərbaycanlı qardaşlarımız beynəlxalq hüquq normalara söykənərək öz torpaqlarını geri qaytardılar. Təbii ki, bunlar Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər apardığı siyasətinin nəticəsində baş verdi. Bir türk qardaşınız olaraq, Azərbaycan xalqının qələbəsini öz qələbəmiz sayıram. Jurnalistika baxımından isə regionda fəaliyyətə yeni başlamışıq, bu müharibə haqda həqiqətləri yaymaqda davam edəcəyik”.

TRT-nin Rus Xidmətinin Baş redaktoru II Qarabağ Savaşı zamanı bəzi türk dövlətlərinin sərgilədiyi bitərəf münasibət haqda da fikirlərini bölüşdü:

“Təəssüf bəzi türk dilli ölkələrin liderləri münaqişəyə loyal münasibət göstərdilər. Bu, birinci növbədə onunla bağlıdır ki, Orta Asiya ölkələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir, həm Azərbaycan, həm də Ermənistanla sıx münasibətləri var. Bu fikirləri Orta Asiya regionunda yaşayan xalqlara şamil etmək olmaz. Onların demək olar ki, böyük əksəriyyəti duaları ilə həmişə Azərbaycanın yanında oldular”.

Mirsəid Həbibullayev Azərbaycan rus dilli məkana aid olduğundan burada bəzi əməkdaşlıq imkanlarının araşdırılması ilə də məşğul olduğunu dedi. Xidmətin Bakıda fəaliyyətə başlaması da bu amildən qaynaqlanır.
 


Bizim.Media rəhbərliyi ilə görüşdə əməkdaşlıq məsələlərinin müzakirəsi aparıldığını deyən baş redaktor qeyd etdi ki, artıq birgə fəaliyyətimiz haqda bəzi qərarlar qəbul olunub:


“Cənubi Qafqazda Azərbaycan çox strateji bir ölkədir. Bununla bağlı ölkənizdə yerləşən auditoriyaya diqqət ayırmaq istəyirik. Biz media qurumları və tanınmış jurnalistlərlə görüşlər keçirmişik. O cümlədən, sizin saytınızın rəhbərliyi ilə də geniş diskussiyalarımız oldu.

Məqsədimiz təcrübə mübadiləsi aparmaqdır. Bizim regional təcrübə ilə sizin lokal təcrübə bir vəhdət təşkil edəcək.

Həmçinin Azərbaycan gündəmini özündə əks etdirən eksklüziv materialların mübadiləsini aparmaq fikrindəyik. Bu baxımdan sizinlə əməkdaşlığa çox maraqlıyıq. Bizim xidmətin eksklüzivləri yəqin sizin oxucularınız üçün də maraqlı olacaq”.

Baş redaktor qeyd etdi ki, Bizim.Media kollektivi ilə yaxından tanışlığıma çox şad oldum, yeni fəaliyyətinizdə sizə uğurlar diləyirəm. “Sevimli oxucularınıza isə ilk növbədə sağlamlıq arzulayıram. Qarşıdan gələn Yeni İl, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edirəm. Qoy TRT-nin Rus Xidmətinin  (www.trtrussian.com)  informasiyalarını da oxusunlar. Bu portalda çoxlu sayda eksklüziv və maraqlı materiallar tapa bilərlər”.



Babək Göyüş, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO