Kinoterapiya: Mövsümi depressiya keçirənləri ruhlandırmaq üçün ƏN YAXŞI 5 FİLM 

Kinoterapiya: Mövsümi depressiya keçirənləri ruhlandırmaq üçün ƏN YAXŞI 5 FİLM 

Hazırda oxunan: Kinoterapiya: Mövsümi depressiya keçirənləri ruhlandırmaq üçün ƏN YAXŞI 5 FİLM 

67534

Mövsümi depressiyalar düşündüyümüzdən daha ciddi ola bilir. Əgər siz bir neçə həftədir ki, yorğunluq, iştah pozğunluğu, diqqətsizlik və pessimizmdən əziyyət çəkirsinizsə, yayın gəlişinə tam hazır deyilsiniz deməkdir, hətta mövsümi depressiyaya tutulmusunuz deməkdir. 

Təlaşlanmaq lazım deyil!

Alimlər qidalanma və vərdişlərimizə dəyişiklik etmək, eləcə də günlük rutinimizi nizama salmaqla yanaşı “Kino terapiyası”nı da tövsiyə edirlər. Bəzi terapevtlər hətta xəstələrinə öz psixikalarını araşdırmaqda kömək etmək və terapevtik proses üçün katalizator kimi “kino terapiyası”ndan istifadə edirlər. 

Ovqatınızı dəyişdirəcək 5 film...


1.  AMELİ (2001) 

Öz təxəyyül fikirlərində itmiş biri başqaları üçün xoşbəxtlik mənbəyi ola bilər. Bu motivasiya dolu film sizə kafe ofisiantının ətrafdakı insanlara kömək etməkdən xoşbəxt olduğu həyatın dərinliyini öyrədir. 


2. GƏLƏCƏYƏ QAYIDIŞ (1985) 

Köhnə bir Amerika elmi fantastikası, bu gözəl ruhlandırıcı filmlə stressinizi və depressiyanızı unuda bilərsiniz. Macəra, romantika və elmin birlikdə iki insanı bir-birinə sevdirən maraqlı bir filmdir. 1985-ci ilin bu macərasını görməmisiniz? Elə isə baxın! 


3. MOANA (2016) 

Animasiya həvəskarısınız? Moananı sınayın, burada kənd başçısının iradəli qızı, adasının bitkiləri və heyvanları zərərvericilərdən öldükdən sonra səyahətə çıxır. 


4. MƏNİM SEVGİLİM DƏLİDİR (2012) 

Psixi sağlamlıq müəssisəsindən azad edildikdən sonra baş personaj çətin bir sevgi hekayəsi ilə üzləşir. Bipolyar pozğunluqdan sonra belə, həyatının birdən-birə dəyişməsi ilə dövrünün ən yaxşı motivasyon filmlərindən biridir. 


5. “Pİ”NİN HƏYATI (2012) 

Qayıqda pələnglə sağ çıxmaq, xüsusən sadəlövh gənc oğlan üçün asan yol deyil. Onun inamı və sahilə çatmaq arzusu isə itmir. Filmdə emosiyalar, gözəl hekayə xətti və həyatın əngəllərinə qarşı güclü mübarizə var. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO