Rusiya ilə Ukrayna arasında başlayan müharibədə müasir texnologiyalar, peyk görüntüləri, sosial media paylaşımları və böyük texnologiya şirkətlərinin təqdim etdiyi xidmətlər böyük fərq yaratdı. Bütün bu təfərrüatlar, əslində, müharibədə baş verənləri üzə çıxarmaq əvəzinə gizlədirmi?
Bizim.Media xəbər verir ki, TikTok qaydaları pozduğu üçün keçən il cəmi üç ayda platformasına yüklənmiş 80 milyon videonu silib.
Süni intellekt tərəfindən silinən bu videoların hələ 94,2% heç kim görməmişdi. “Şiddət məzmunlu məlumatlar” yoxlayan sistemlər onlardan 17 milyonunu avtomatik silib.
Tədqiqatçılar deyirlər ki, Ukrayna istehsalı olan videoların nə qədərinin “TikTok”dan və ya “Meta”, “Twitter” və “YouTube” kimi digər sosial media platformalarından silindiyi məlum deyil. Bu, sosial media platformalarının müharibə cinayətinə dair sübutlarla qarşılaşdığı ilk hal deyil. Oxşar problemlər Suriya müharibəsi zamanı da yaranıb.
Məlum məsələdir ki, illərdir “Human Rights Watch” təşkilatı müharibə bölgələrindən yüklənmiş fotoşəkilləri toplamaq üçün bir sistem yaratmağa çağırır, lakin bu günə qədər uğur qazana bilmir.
Müharibə araşdırmaları üzrə ekspert Belkis Uille:
“Hazırda belə bir şey yoxdur”, - deyərək silinən görüntüləri əldə etmək üçün proseduru açıqlayıb.
“Səlahiyyətlilər sosial media şirkətlərinə yaza və ya məhkəmə qərarı üçün müraciət edə bilərlər. Hal hazırkı prosesdə isə heç kəs bütün bu məzmunun harada olması barədə dəqiq məlumata sahib deyil”.
Bununla belə, bütün sosial media platformalar eyni gizlilik siyasətinə malik deyil. “Telegram” Ukraynadan paylaşılan videolarla bağlı son dərəcə əhəmiyyət kəsb edir. “Twitter” və ya “Facebook”dan silinən şəkillər “Telegram”da qalıb.
Uille bu barədə “Telegram”ın faydasını da qeyd edib.
“Biz bir təşkilat olaraq ən qiymətli video və fotolardan bir neçəsini “Telegram”dan əldə etdik”.
Mia Quliyeva, Bizim.Media