BMT-dən Ukraynaya görə Türkiyəyə MİNNƏTDARLIQ

BMT-dən Ukraynaya görə Türkiyəyə MİNNƏTDARLIQ

Hazırda oxunan: BMT-dən Ukraynaya görə Türkiyəyə MİNNƏTDARLIQ

67223

BMT Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün İstanbul danışıqları çərçivəsində Türkiyəyə göstərdiyi səylərə görə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, təşkilatın baş katibinin sözçüsü Stefan Dyujarik brifinq zamanı bu məsələyə xüsusi toxunub.

"Bu səylərə görə Türkiyəyə çox minnətdarıq. Ümid edirik ki, eşitdiyimiz bəyanatlar və vədlər yerlərdə konkret hərəkətlərə çevriləcək, bu da atəşkəs deməkdir", S.Dyujarik qeyd edib.

Onun sözlərinə görə, BMT İstanbulda aparılan danışıqların uğurlu nəticələr verməsi üçün yardım etməyə davam edəcək.

Qeyd edək ki, martın 29-da İstanbulda "Dolmabağça" sarayında Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirilib. Bu barədə razılıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO