Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək 145 uşaq ölüb, 222 uşaq yaralanıb.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq öz Telegram kanalında məlumat yayıb.
Uşaqlar ən çox Kiyev - 69, Xarkov - 49, Donetsk - 54, Çerniqov - 39, Nikolayev - 30, Luqansk - 28, Zaporojye - 22, Xerson - 25, Sumı - 16, Jitomir -15 vilayətlərində xəsarət alıblar.
Həmçinin bombardman və top atəşinə tutulması nəticəsində 790 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 75-i tamamilə məhv edilib. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov vilayətlərində və Kiyev şəhərindədir.
Baş Prokurorluq qeyd edir ki, bu məlumatlar yekun xarakter daşımır, çünki aktiv döyüş əməliyyatları aparılan ərazilərdə və müvəqqəti işğal olunmuş ərazilərdə atəşə tutulan yerlərə baxış keçirmək imkanı yoxdur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:04 / 30.03.2022
Ukrayna Baş Prokurorluğu: Hərbi əməliyyatlar zamanı 145 uşaq həlak olub
Hazırda oxunan: Ukrayna Baş Prokurorluğu: Hərbi əməliyyatlar zamanı 145 uşaq həlak olub
Hazırda oxunan: Ukrayna Baş Prokurorluğu: Hərbi əməliyyatlar zamanı 145 uşaq həlak olub
67069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.