“Rusiya Silahlı Qüvvələri Cənubi Gürcüstanın Cənubi Osetiyada yerləşdirdiyi 4-cü və Abxaziyada yerləşdirdiyi 7-ci hərbi bazasını Ukraynaya köçürüb”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi “Facebook” səhifəsində məlumat paylaşıb.
“4-cü bazadan Ukraynaya 3 zirehli texnika, bir osetin və 1 200 rusiyalı əsgər, 7-ci bazadan isə 2 zirehli texnika, 800-ə yaxın əsgər göndərilib. Zaporojya və Xerson vilayələtində düşmən yerli sakinlərə qarşı qanunazidd əməllərini davam etdirir. Müvəqqəti işğal altında olan ərazilərdə ukraynayönlü sakinlər, Ukraynanın dövlət məmurları qarət olunur, saxlanılır. Bu il aprelin 1-dən işğal altında olan Luqansk vilayətində növbəti hərbi səfərbərlik başlayacaq” – deyə məlumatda qeyd edilib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin toplanması ilə bağlı problem qalmaqdadır:
“Rusiyanın 47-ci tank divizyasının, 26-cı tank alayının hərbçiləri Ukrayna ilə müharibədə iştirak etdikdən sonra müqaviləyə xitam verərək, sonrakı xidməti daimi yerləşdikləri hərbi hissəyə göndərilmələri tələbi ilə ərizələr verməyə başlayıblar.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 tankı, 7 zirehli texnikası, 2 avtomobili və tankəleyhinə silahı məhv edilib. Rəqib çoxlu sayda canlı qüvvə itirib”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:23 / 30.03.2022
Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumu açıqladı
Hazırda oxunan: Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumu açıqladı
Hazırda oxunan: Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumu açıqladı
67057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.