Ukrayna tərəfi İstanbulda Rusiya ilə danışıqlarda müzakirə olunan məsələləri açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də məlumat verib.
“Bunlar Ukrayna üçün qeyd-şərtsiz təhlükəsizlik təminatı, atəşkəs, humanitar dəhlizlər və humanitar konvoylarla bağlı effektiv qərarlar, tərəflərin müharibə qaydalarına və adətlərinə riayət etməsidir”, - deyə Podolyak qeyd edib.
Podolyak danışıqları Ukrayna üçün çətin adlandırıb.
Bizim.Media
Unconditional security guarantees for Ukraine, ceasefire, effective decisions on humanitarian corridors and humanitarian convoys, observance by the parties of the rules and customs of war. Difficult negotiations for peace in our country. Istanbul round right now… pic.twitter.com/SUTAQrAhA2
— Михайло Подоляк (@Podolyak_M) March 29, 2022