Xoruz döyüşü məkanında QƏTLİAM - 20 nəfər öldürüldü  

Xoruz döyüşü məkanında QƏTLİAM - 20 nəfər öldürüldü  

Hazırda oxunan: Xoruz döyüşü məkanında QƏTLİAM - 20 nəfər öldürüldü  

66878

Meksikanın Miçoakan ştatında silahlı hücum nəticəsində azı 20 nəfər ölüb. 

Bizim.Media “The Guardian” nəşrinə istinadla xəbər verir ki, hadisə bazar günü axşam Las Tinaxas kəndindəki Sinapekuaro bələdiyyəsində baş verib. 

Bir qrup silahlı şəxs xoruz döyüşlərinin getdiyi əraziyə soxularaq orada olanlara atəş açıb. Prokurorlar hadisə yerində güllə yaraları olan 19 cəsəd tapıblar.

Digər zərərçəkən isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Şahidlər hərbi formada olan təcavüzkarların bazar günü gecə saat 22.30-dan sonra gəldiklərini və əsasən orta yaşlı kişilərin izdihamına avtomatla atəş açdıqlarını bildiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO