G7 ölkələri Rusiya qazını rublla almayacaq

G7 ölkələri Rusiya qazını rublla almayacaq

Hazırda oxunan: G7 ölkələri Rusiya qazını rublla almayacaq

66807

Bütün G7 ölkələri Rusiyanın enerji resurslarına görə rublla ödəniş etmək tələbindən imtina edir.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek bildirib.

“G7 ölkələrinin iqtisadiyyat nazirləri Rusiyanın qaz tədarükünün rublla ödənilməsi tələbini müzakirə ediblər.

G7-nin bütün nazirləri yekdilliklə bunun müqavilələrin birtərəfli qaydada pozulması olduğunu bildirib və vurğulayıblar ki, bağlanmış müqavilələr etibarlıdır, onlara cəlb olunmuş müəssisələr sazişlərə sadiq qalacaqlar” – deyə Habek qeyd edib. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin martın 23-də Rusiya Federasiyasına dost olmayan ölkələrdən qaz tədarükünə görə ödənişləri rublla alacağını bildirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO