Dünyada rus dilini bilən hər kəs Rusiyada həmvətən statusu alacaq? - Yeni qanun 

Dünyada rus dilini bilən hər kəs Rusiyada həmvətən statusu alacaq? - Yeni qanun 

Hazırda oxunan: Dünyada rus dilini bilən hər kəs Rusiyada həmvətən statusu alacaq? - Yeni qanun 

66790

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin (Vahid Rusiya fraksiyası) rus dilini bilənlərin hamısının həmvətən kimi tanınmasını təklif edən qanun layihəsini palataya təqdim edib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, sənəd bazar ertəsi Dumanın elektron məlumat bazasına yerləşdirilib.

İzahat sənədlərində qeyd olunduğu kimi, “qanun layihəsi “vətəndaş” anlayışının əsassız geniş şərhi ilə bağlı çatışmazlıqları aradan qaldırır. 

Xüsusilə, rusca danışan və tarixən Rusiya ərazisində yaşayan xalqlara mənsub olan, habelə “birbaşa əcdadları Rusiya Federasiyasının ərazisində doğulmuş və ya yaşamış şəxslərin” həmvətən kimi tanınması təklif edilir.
Qanun layihəsində tarixən Rusiya ərazisində yaşayan xalqların siyahısının dəqiqləşdirilməsi də təklif edilir. O cümlədən, siyahıda belarus və Ukrayna xalqlarının üzvləri, yerli azsaylı xalqların nümayəndələri də var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO