Zelenskinin həyat yoldaşı: “Rus analar oğullarını nə üçün Ukraynaya göndərib?”

Zelenskinin həyat yoldaşı: “Rus analar oğullarını nə üçün Ukraynaya göndərib?”

Hazırda oxunan: Zelenskinin həyat yoldaşı: “Rus analar oğullarını nə üçün Ukraynaya göndərib?”

66639

Bu gün Böyük Britaniyada Analar Günüdür. 

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya Britaniyanın “Daily Mail” qəzetinin köşə yazısında indi Ukraynada Rusiyanın başlatdığı müharibə şəraitində ukraynalı ananın nə hiss etdiyini yazıb.

“Bu yaxınlarda məndən soruşdular ki, müharibə zamanı ağlayırsanmı? Bəli, ağlayıram. Mən adi yaşayış kompleksinin həyətində qəbir görəndə ağlayıram. Üzərində belə yazı olur: "Ana ... Oğul ..." və həyat tarixləri. Bizim şəhərlərdə - Mariupol, Buça, Qostomeldə davamlı atəşə məruz qalanları belə dəfn edirlər”, - Zelenskaya bildirib.

Prezidentin həyat yoldaşı xatırladıb ki, müharibənin əvvəlində rus analarına müraciət edib: onlar oğullarının ukraynalı uşaqları öldürməsinə necə baxırlar? “Ancaq hələlik sükut hökm sürür. Qorxurlar və ya biganə qalırlar? Təsəvvür etmək belə istəmirəm, çünki nəyin daha pis olduğu bilinmir”, deyə o, qeyd edib.

Birinci xanım vurğulayıb ki, müharibə başlayandan indiyədək sülhün nə olduğunu bilməyən 15 min ukraynalı uşaq dünyaya gəlib. Onun sözlərinə görə, o körpələr dinc səma əvəzinə qaranlıq zirzəminin beton tavanını görürlər.

“Xahiş edirəm, bu dəhşətli həqiqəti xatırlayın və təkrarlayın: rus hərbçiləri ukraynalı uşaqları öldürürlər. Bunu rus analarına deyin ki, oğullarını Ukraynaya konkret olaraq nə üçün göndərdiklərini bilsinlər. Bu üzləri rus qadınlarına göstərin və xatırladın ki, onların ərləri, qardaşları, həmyerliləri ukraynalı uşaqları öldürürlər. Onlara xatırladın ki, susmaq onları bu ölümlərə şərik edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO