İlk dəfə müsəlmanlar üçün telefonlar satışa çıxarıldı

İlk dəfə müsəlmanlar üçün telefonlar satışa çıxarıldı

Hazırda oxunan: İlk dəfə müsəlmanlar üçün telefonlar satışa çıxarıldı

66636
Rusiyada müsəlmanlar üçün telefon satışa çıxarılıb. Bu qurğuların özəlliyi istifadəçiyə gündə beş dəfə namaz vaxtının çatmasını xəbər verən daxili zəngli saata malik olmasıdır. Rusiya Müsəlmanları İttifaqının sədri Nailə Ziqanşina bu haqda deyib.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com”x9d saytına istinadən bildirir ki, aparat İslam üç ənənəvi rəngdə (yaşıl, qırmızı və qara) təqdim edilib. Korpus şərq stilində qızıl naxışlarla bəzədilib. Ərəb və rus dilində Quran qurğunun yaddaşına yüklənilib. Rahat menyu surələrin arasında sürətli keçidə imkan verir.
Telefona 1,3 meqapiksel təsvir ölçülü kamera, fənər, radioqəbuledici quraşdırılıb. Aparat iki SİM kart dəstəkləyir, “Bluetooth”x9d və “GPRS”x9d simsiz rabitə modulları ilə təchiz edilib. Mobil telefonun daxili yaddaşı 64 MB təşkil edir.

Sözügedən telefonların istehsalı ilə məşğul olan şirkətin nümayəndəliyindən bildirilib ki, bir qurğunun satış qiyməti 1,9 min rubldur. Telefonlar Çində yığılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO