Ərdoğan yaxın günlərdə Putinlə danışacaq - Türkiyə prezidentinin müşaviri

Ərdoğan yaxın günlərdə Putinlə danışacaq - Türkiyə prezidentinin müşaviri

Hazırda oxunan: Ərdoğan yaxın günlərdə Putinlə danışacaq - Türkiyə prezidentinin müşaviri

66617

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki. bunu bazar günü Doha forumunda Türkiyə prezidentinin nümayəndəsi və baş müşaviri İbrahim Kalın bildirib.

“Prezident Ərdoğan Putinlə Ukrayna məsələsində danışıb və yaxın günlərdə onunla yenidən danışmağı planlaşdırır”, - Kalın deyib.

Kalın Ukraynadakı vəziyyətə də münasibət bildirib və təhlükəsizlik məsələlərində Rusiyanın arqumentlərinin dinlənilməsinin lazım olduğunu bildirib.

"Əlbəttə, ukraynalıları dəstəkləmək lazımdır ki, özlərini müdafiə edə bilsinlər, lakin biz Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini nəzərə almalıyıq. Rusiya arqumentləri dinlənilməlidir. Hər kəs Rusiya ilə bütün körpüləri dağıtsa, dialoq necə ola bilər?", - deyə Kalın bildirib.

Qeyd edək ki, Türkiyə daim Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa cəhdlər edir. Bu cəhdlərdən biri də Sergey Lavrov və Dmitri Kuleba arasında martın 10-da Antalyada keçirilən görüş olub. Hazırda rəsmi Ankara Türkiyədə Rusiya və Ukrayna prezidentlərinin görüşünü təşkil etməyə çalışır.

Martın 25-də Türkiyə prezidenti ukraynalı həmkarı ilə Moskva və Kiyev arasında danışıqların gedişatını müzakirə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO