İlon Mask yeni sosial şəbəkə yaratmağı düşünür

İlon Mask yeni sosial şəbəkə yaratmağı düşünür

Hazırda oxunan: İlon Mask yeni sosial şəbəkə yaratmağı düşünür

66599

Amerikalı sahibkar Elon Mask Twitter-dəki mikrobloqunda bildirib ki, o, minimum təbliğatın olacağı yeni sosial şəbəkə yaratmaq barədə ciddi düşünür.

Bizim.Media xəbər verir ki, istifadəçilərdən biri SpaceX və Tesla-nın yaradıcısına “Mask söz azadlığına əməl olunacaq yeni sosial şəbəkə yaratmağı düşünürmü?” süalını verib.

"Mən bu barədə ciddi düşünürəm", deyə o, cavab verib.

Mask daha sonra ayrı bir tvitdə istifadəçilərindən yeni sosial şəbəkənin vaxtının gəldiyini düşünüb-düşünmədiklərini soruşub.

O, bir müddət öncə demişdi ki, bəşəriyyət bu onilliyin sonuna qədər ilk dəfə Marsa ayaq basacaq. 

Milyarderin abunəçilərindən biri ondan Marsa ilk enişin nə vaxt baş verə biləcəyini soruşub. Tesla və SpaceX-in rəhbəri lakonik olub: "2029".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO