Akar: Türkiyə Ukraynada tezliklə atəşkəsə ümid edir

Akar: Türkiyə Ukraynada tezliklə atəşkəsə ümid edir

Hazırda oxunan: Akar: Türkiyə Ukraynada tezliklə atəşkəsə ümid edir

66597

Türkiyə Ukraynada tezliklə atəşkəs əldə edilməsinin və dinc əhalinin döyüş bölgələrindən təhlükəsiz təxliyyəsinin təmin edilməsinin tərəfdarıdır.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə hərbi kontingentinin komandanlığının Qətərdəki yerləşdiyi əraziyə səfəri zamanı deyib.

Akar qeyd edib ki, Türkiyə hakimiyyəti, o cümlədən şəxsən prezident Rəcəb Tayyib Ərdoğan Ukraynada hərbi əməliyyatların tez bir zamanda dayandırılması üçün hər cür səy göstərir.

Nazirin sözlərinə görə, Ankara regiondakı bütün fikir ayrılıqlarının beynəlxalq hüquq çərçivəsində, dinc dialoq yolu ilə həllinin tərəfdarıdır. 

“Türkiyə ümid edir ki, qonşu dövlətlər regionda gərginliyi artırmağa yönəlmiş addımlardan imtina edəcəklər. İkitərəfli münasibətlərdə dalana yol verilməməlidir”, - deyə türkiyəli nazir vurğulayıb.

Hulusi Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri yalnız öz ölkələrinin mənafeyinin keşiyində durmur, lazım gələrsə, dost və qardaş ölkələrə də yardım əlini uzadır.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri daha sonra ölkəsinin regionda terrorizmin təzahürlərinə qarşı mübarizədə qətiyyətini vurğulayıb.

O, qeyd edib ki, təkcə 2015-ci il iyulun 24-dən Türkiyənin terrorla mübarizədə yeni mərhələnin başladığını elan etdiyi dövrdən bu günə qədər bölgədə 33 926 terrorçu zərərsizləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO