Türkiyə Müdafiə Nazirliyi Bosfor (İstanbul) boğazında tapılan obyektin köhnəlmiş mina olduğunu təsdiqləyib.
Bizim.Media-nın məlumatına görə, Ankara artıq Moskva və Kiyevlə bu məsələ ilə bağlı danışıqlar aparıb və koordinasiya davam edir.
Hazırda İstanbul boğazı gəmilərin hərəkəti üçün dayandırılıb.
MÖVZU İLƏ BAĞLI:
İstanbul boğazında mina TƏHLÜKƏSİ: Gəmilərin hərəkəti dayandırıldı - VİDEO
Rusiya Federal Müdafiə Xidməti (FSB) bir müddət əvvəl Ukraynanın Qara dənizdə quraşdırdığı lövbər dənizi minalarının Bosfor boğazına və daha sonra Aralıq dənizi hövzəsinə sürüşməsi ehtimalı barədə kəşfiyyat məlumatı yaymışdı.
Bizim.Media