Ukraynada hərbi əməliyyatlar zamanı 1081 mülki şəxs ölüb

Ukraynada hərbi əməliyyatlar zamanı 1081 mülki şəxs ölüb

Hazırda oxunan: Ukraynada hərbi əməliyyatlar zamanı 1081 mülki şəxs ölüb

66525

Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar başlayandan bəri 2 788 dinc sakin zərər çəkib, 1 081 mülki şəxs isə həlak olub. 

Bizim.Media xəbər verir ki, bu barədə cümə günü BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (UNHCHR) məlumat yayıb. 

Məumatda qeyd olunur ki, real rəqəmlər daha çoxdur, xüsusilə də hökumətin nəzarətində olan ərazilərdə və xüsusən də son günlərdə, çünki intensiv döyüşlərin getdiyi bəzi yerlərdən gələn məlumatlar gecikir, bir çox məlumat isə hələ də təsdiqini gözləyir. 

BMT-nin təsdiqlənmiş məlumatlarına görə, 219 kişi, 165 qadın, 30 oğlan uşağı və 15 qız uşağı ölüb, 48 uşaq və 604 yetkin şəxsin cinsiyyəti hələ müəyyən edilməyib. 

Yaralanan 1 707 nəfərdən 28-i qız uşağı, 23-ü oğlan uşağıdır, o cümlədən 69 uşağın cinsiyyəti hələlik dəqiqləşdirilməmiş qalır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO