Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı – Husi üsyançılarına görə 

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı – Husi üsyançılarına görə 

Hazırda oxunan: Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı – Husi üsyançılarına görə 

66486

Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasından Yəmənin "Ənsar Allah" (Husi) üsyançı hərəkatının krallığa qarşı hücumlarını pisləmək üçün xüsusi iclas keçirməyi xahiş edib. 

Bizim.Media bu barədə "Al Arabiya" telekanalına istinadən məlumat verir. 

"Biz ərazimizi müdafiə etmək üçün bütün tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq və Təhlükəsizlik Şurasını üsyançılar hücumlarını pisləməyə çağırırıq", müraciətdə deyilir. 

Xatırladaq ki, İranın dəstəklədiyi Husilər minalanmış pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edərək Səudiyyə krallığının ərazisini kütləvi zərbələrə məruz qoyub.

Cümə günü ərzində 20-yə yaxın hücum həyata keçirilib. Xüsusilə, Cizan əyalətində paylayıcı stansiya hücuma məruz qalıb.  
Ən çox ziyan "Saudi Aramco" şirkətinin Ciddədəki obyektlərinə dəyib, burada təxribat nəticəsində bir neçə neft anbarı yanıb. Səudiyyə tərəfinin məlumatına görə, itki yoxdur, lakin Ciddədə yanğın hələ də söndürülməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO