Kuleba Ukraynanın Rusiya ilə danışıqlarda təkid etdiyi 3 əsas tələbi AÇIQLADI

Kuleba Ukraynanın Rusiya ilə danışıqlarda təkid etdiyi 3 əsas tələbi AÇIQLADI

Hazırda oxunan: Kuleba Ukraynanın Rusiya ilə danışıqlarda təkid etdiyi 3 əsas tələbi AÇIQLADI

66439

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiya ilə gedən danışıqlar prosesi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu mövzuda son açıqlamaları barədə bəyanat yayıb. 

Bizim.Media-nın xəbərinə görə, bu barədə Ukrayna XİN-in saytında məlumat verilib. 

"Bəzi KİV-lər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə danışıqlar prosesi barədə şərhlərinə istinad edir. Ölkəmiz siyasi və humanitar yardımlara, habelə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa yönəlmiş diplomatik səylərinə görə Türkiyə tərəfinə və xüsusilə də Prezident Ərdoğana səmimi minnətdarlığını bildirir. 

Eyni zamanda, vəziyyəti obyektiv qiymətləndirmək vacibdir. Türkiyə prezidentinin qeyd etdiyi 4 məqamla bağlı Rusiya ilə konsensus yoxdur. Xüsusilə, Ukrayna dili Ukraynada yeganə dövlət dilidir və dövlət dili olacaq.

Ümumiyyətlə, danışıqların əsas mövzularının dörd və ya digər məqamlara təsnifatı düzgün deyil. Nümayəndə heyətlərinin alt qruplarında eyni vaxtda çoxlu müxtəlif məsələlər müzakirə olunur", - deyə Ukrayna XİN rəhbəri bildirib. 

Danışıqlar prosesinin çox çətin irəlilədiyini qeyd edən Dmitri Kuleba Ukrayna nümayəndə heyətinin güclü mövqe tutduğunu və tələblərindən geri çəkilmədiyini vurğulayıb:

"Biz ilk növbədə atəşkəs, təhlükəsizlik zəmanəti və Ukraynanın ərazi bütövlüyü məsələsində təkid edirik". 

Nazir bildirib ki, Ukrayna öz torpaqlarında sülhü bərpa etmək üçün Türkiyə və digər maraqlı tərəflərlə dialoqu davam etdirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO