Sirli təyyarə qəzasından 6 il ötür - FOTO

Sirli təyyarə qəzasından 6 il ötür - FOTO

Hazırda oxunan: Sirli təyyarə qəzasından 6 il ötür - FOTO

6639

2014-cü il 28 dekabr tarixində dünyanın əsas gündəmi sərnişin təyyarəsinin radarlardan itməsi idi.

Bizim.Media xəbər verir ki, 6 il əvvəlin bu günündə İndoneziyaya məxsus ayrobus təyyarəsi radardan itmişdi. Sinqapura istiqamətlənən layner qəza nəticəsində Yava dənizinə düşmüşdü.

Həmin tarixdə uzun müddət tapılmayan təyyarə haqqında müxtəlif miflər yaranmışdı.

Belə ki, bəziləri təyyarənin Bermud üçbucağında itdiyini, digərləri isə, yadplanetlilər tərəfindən qaçırıldığını iddia edirdi.

Araşdırmalar isə göstərdi ki, uçuş zamanı təyyarə qəfildən 54 saniyə ərzində 9750 metrdən 11 min 300 metrədək hündürlüyə qalxıb. 37 saniyə sonra isə sərnişin təyyarəsi 8840 metrə qədər aşağı enib və radarlardan itib.

Deyilənə görə, pis hava şəraiti ayrobusun (airbus) avtopilotunu söndürüb və təyyarəni idarə edənlər qəzanın qarşısını ala bilməyiblər.

Nəticədə 165 nəfər ölüb. Onlardan 155-i sərnişin, qalan 7 nəfər isə təyyarənin şəxsi heyətinin üzvləridir.

Qeyd edək ki, 8501 aviareysi İndoneziya tarixində itki çoxluğuna görə ikinci ən böyük hadisədir. İndoneziyanın ölüm sayına görə ən böyük aviaqəzası isə 2018-ci il, oktyabrın 29-da baş verib. Təyyarənin göyərtəsində olan 189 nəfərin hamısı ölüb.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO