Xersonda ruslar Rayon Şurasının deputatı, Avropa Həmrəyliyi fraksiyasının rəhbəri Dmitri Afanasyevi qaçırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson vilayət şurasının deputatı Sergey Xlan “Facebook” hesabından məlumat verib.
“Xersonda Rayon Şurasının deputatı, Avropa Həmrəyliyi fraksiyasının rəhbəri Dmitri Afanasyev oğurlanıb. Bu, dünya şöhrətli idmançı, beynəlxalq dərəcəli təlimatçı, taekvondo üzrə Ukrayna milli komandasının məşqçisidir”.
Qeyd olunur ki, “martın 22-də Ukraynayönümlü aksiya dağıdılandan sonra Dmitri rus hərbçilərinin saxlamağa çalışdıqları arvadını müdafiə edib.
Bunun üçün onu şiddətli döydülər: xəstəxanada çoxsaylı qançırlar və qabırğaların sınığı diaqnozu qoyuldu. İki saat sonra rus hərbçiləri axtarış apararaq ailənin evinə gəliblər.
Onlar rayon şurasının deputatının şəxsiyyətini aşkar ediblər, ailə üzvlərinin müşahidə kameralarından və mobil telefonlarından videogörüntülər götürüblər. Evdə olan bütün kişilər saxlanılıb, onların arasında Afanasyevin dostları da olub. Martın 23-də evdə yenidən axtarış aparılıb və ağır işgəncələrə məruz qaldığını bildirən məhbuslardan biri sərbəst buraxılıb. Saxlanılan digər kişilər hələ də əsirlikdədir, onlara istehza etməkdə davam edirlər”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:19 / 25.03.2022
Rus hərbçiləri ukraynalı deputatı qaçırdılar
Hazırda oxunan: Rus hərbçiləri ukraynalı deputatı qaçırdılar
Hazırda oxunan: Rus hərbçiləri ukraynalı deputatı qaçırdılar
66370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.