“Bu gün NATO liderləri Ukraynaya daha çox dəstək vermək barədə qərar qəbul edib”.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə baş tutan fövqəladə iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
NATO Rusiya ilə sərhədə əlavə qoşun göndərdi - VİDEO
“Müttəfiqlərin çəkindiricilik və müdafiə fəaliyyətləri davam edəcək. Alyansın Şərq cinahında daha çox təyyarəmiz olacaq. Həmçinin kibertəhlükəsizliyimizi gücləndirəcəyik. Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı da çox önəmli idi” , - o bildirib.
Bizim.Media