Müflisləşən milyonçular nə üçün Türkiyəyə üz tutur? - SIRADAKILAR

Müflisləşən milyonçular nə üçün Türkiyəyə üz tutur? - SIRADAKILAR

Hazırda oxunan: Müflisləşən milyonçular nə üçün Türkiyəyə üz tutur? - SIRADAKILAR

66265

“Xüsusən də turizm sektorunun inkişafından dolayı həmin sahibkarlar öz imkanlarını Türkiyədə daha yaxşı dəyərləndirəcəklərinə inanırlar.” - Bu sözləri Bizim. Media-ya olan açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli deyib.

“Forbes”in reytinqi üzrə iflasa uğramış ilk dollar milyarderi, əslən azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyada əsas aktivi Moskvanın şərqindəki “Çerkizov” bazarı idi. 

Rusiyada müflisləşmək qorxusu yaşayan həmyerlimiz  Türkiyənin Antalya şəhərində Avropada ən bahalı sayılan və dəyəri 1 milyard dollar olan “Mardan Palace” otelini tikdirmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada yaşayan Azərbaycanlı milyarderlər 5 gündə nə qədər pul itirib? - ŞOK RƏQƏMLƏR


Bu siyahıya Rusiyada böyük biznes şəbəkəsinə sahib olan, 2006-cı ildən Türkiyə vətəndaşlığı alan və öz biznesini ora daşıyan həmyerlimiz Mübariz Mənsimovu da əlavə edə bilərik.

Ukrayna-Rusiya müharibəsinin ilkin nəticəsi kimi  müflisləşməkdə olan, Türkiyəyə üz tutan və orada biznes quracağını söyləyən Roman Abramoviç də indi diqqət mərkəzindədir. Belə bir sual ortaya çıxır ki, nə üçün Abramoviç yeni biznes məkanı kimi  digər Avropa ölkələrini və ya özünün ana vətəni olan Rusiyanı deyil, qardaş Türkiyəni seçdi?

Təhlükə ilə üzləşən iş adamları və milyonçuların üz tutduğu məkan nə üçün məhz Türkiyə olur?

Türk dövlətinin ədalətinə olan  güvəndən dolayı, orada geniş biznes və azad rəqabət mühitinin olması, yoxsa geridə qalan ömürlərini daha lüks yaşamaq üçün Türkiyəni seçirlər? 

Bu mövzuda iqtisadçı ekspert Elmir Səfərli öz fikirlərini Bizim.Media ilə bölüşüb:

“İlkin olaraq o milyarderlər müflisləşən zaman əlində qalan imkanları fərqli ölkələrdə yenidən sınamaq istəyirlər. Çünki getdikləri ölkədə onlara həm siyasi, həm iqtisadi aspektlərdən şərait yaradırlar və xarici vətəndaşlar olaraq müəyyən güzəştlər tətbiq edirlər. Xüsusən də turizm sektorunun inkişafından dolayı həmin sahibkarlar öz imkanlarını Türkiyədə daha yaxşı dəyərləndirəcəklərinə inanırlar”.

Bəzi ekspertlərin fikirincə isə postsovet ölkələrinin işadamları ən yaxın və biznesin etibarlı qanunlarla mühafizə edildiyi ölkə kimi Türkiyəni seçməsində həm də pisixoloji məqam var. Çünki Türkiyədə Avropadan fərqli olaraq bürokratiya o qədər də dərin deyil, burada haldan anlamaq və danışıqlar yolu ilə bir çox məsələnin həll edilməsi daha asan başa gəlir. Yəni, həm Qərb qanunçuluğu, həm Şərq tərzi harmoniya təşkil edir.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO