Çində qəzaya uğrayan təyyarənin mühərrikinin hissələri tapıldı

Çində qəzaya uğrayan təyyarənin mühərrikinin hissələri tapıldı

Hazırda oxunan: Çində qəzaya uğrayan təyyarənin mühərrikinin hissələri tapıldı

66264

Martın 21-də qəzaya uğramış “Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin “Boeing 737-800” sərnişin təyyarəsinin mühərrikinin hissələri tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə axtarış işlərini aparan qrup açıqlama yayıb. Hazırda axtarış işləri davam etdirilir. Ötən gün başlayan yağış və onun nəticəsində meydana gələn kiçik torpaq sürüşmələri axtarış işlərinin sürətlə aparılmasına əngəl törədir. Xilasedicilər sürüşmənin yaratdığı palçıq axınını təmizləməklə paralel olaraq axtarış işləri aparır.
 

MÖVZU İLƏ BAĞLI:

Martın 21-də qəzaya uğrayan Çin təyyarəsinin qara qutusu tapıldı


Ötən gün axtarış əməliyyatı zamanı pilot kabinəsindəki danışıqların qeydə alındığı “Qara qutu”, həmçinin təyyarənin fyuzelajının parçaları və sərnişin meyitlərinin hissələri tapılıb. Tapılan hissələr istintaq qrupuna təhvil verilib.

Qeyd edək ki, göyərtəsində 123 sərnişin və 9 heyət üzvü olan təyyarə Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən qəzaya uğrayıb.

Çin Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, MU5735 uçuşunu yerinə yetirən təyyarə yerli vaxtla 13:11-də havaya qalxdıqdan təxminən 1 saat 10 dəqiqə sonra radarlardan itib. Altı ildən çoxdur istifadədə olan təyyarə Tensiən rayonunda böyük sürətlə dağa çırpılıb və alışıb.

Çinin 4 ən iri aviasiya şirkətindən biri olan “Şərq Hava Yolları” qəzadan sonra istifadəsində olan bütün 225 ədəd “Boeing 737-800” tipli təyyarələrin uçuşunu dayandırıb.

Təyyarənin düşdüyü ərazi dağlıq və sıx meşəlik olduğundan axtarış işləri çox çətinliklə aparılır. Ümumiyyətlə, 680 min kvadratmetr sahəni əhatə edən axtarış işlərinə 2 min nəfər şəxsi heyət, 100-dən çox texnika, polis və hərbçilər, xüsusi təlim görmüş itlər cəlb olunub. Bundan başqa, axtarış işlərində dronlardan da geniş istifadə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO