Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
İclasın yekunu ilə bağlı açıqlamada bildirilir ki, Türkiyə Qara dənizdə sülh və sabitliyi qorumaq üçün Montrö Konvensiyasının tətbiqi ilə birlikdə vasitəçilik missiyasını və sabitləşdirici tədbirləri davam etdirəcək.
Qeyd olunur ki, Türkiyənin Qara dənizin şimalında baş verən gərginliyin azalması üçün tarazlaşdırıcı mövqeyi, qlobal və regional sülh üçün qətiyyətinin nə qədər düzgün olduğunu son hadisələr də təsdiqləyib.
Vurğulanır ki, Rusiya-Ukrayna müharibəsinin Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunması şərti ilə həlli istiqamətində səylər davam etməlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:59 / 23.03.2022
Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirdi - Ukrayna məsələsi müzakirə edildi
Hazırda oxunan: Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirdi - Ukrayna məsələsi müzakirə edildi
Hazırda oxunan: Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını keçirdi - Ukrayna məsələsi müzakirə edildi
66199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.