Peskov: “Ukraynada əsgərlərimiz qadınları zorlamır”

Peskov: “Ukraynada əsgərlərimiz qadınları zorlamır”

Hazırda oxunan: Peskov: “Ukraynada əsgərlərimiz qadınları zorlamır”

66168

Kiyevin “Rusiya hərbçilərinin atəşi altında ukraynalılar həlak olur” açıqlamasına Moskva inanmır. 

Bizim.Media "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri mülki şəxslərlə döyüşmür.

"Biz Ukrayna Baş Prokurorluğuna inanmırıq. Rusiya hərbçiləri dinc əhaliyə zərbə endirmir, onlara atəş açmır, əksinə mülki şəxslərə kömək edir. Təəssüf ki, getdikcə daha çox şahid şəhərlərdən çıxıb deyir ki, onları canlı qalxan kimi saxlayırlar. Əslində millətçi batalyonlar (Ukrayna ordusu nəzərdə tutulur)  mülki şəxslərə atəş açır. Bu, artıq  kütləvi hala gəlib". Peskov Ukrayna Baş Prokurorluğunun Ukrayna vətəndaşlarının, o cümlədən uşaqların ölümü ilə bağlı mesajını şərh edərkən belə deyib.

Eyni zamanda, Peskov ukraynalı qadınların rus hərbçiləri tərəfindən zorlanması ilə bağlı xəbərləri də yalan adlandırıb:

"Biz qadınların zorlanması ilə bağlı məlumatlara ümumiyyətlə inanmırıq. Bu, tamamilə yalandır".

Peskov deyib ki, Rusiya hərbçiləri “mülki şəxslər silaha sarılaraq bizim ordumuzu nişan almayana qədər” Ukraynada dinc əhaliyə atəş açmır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO