“Putin Lukaşenkonun hərbi əməliyyatlara qoşulması üzərində işləyir”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
“Belarusun işğal ehtimalını istisna etmək mümkün deyil. Lukaşenko üzərində iş gedir. Putin Lukaşenkonun hərbi əməliyyatlara qoşulması üzərində işləyir. Onun xalqı, belaruslular döyüşmək istəmir və bu, açıq şəkildə başa düşüləndir.
MÖVZU İLƏ BAĞLI:
Putin Zelenski ilə görüşdən İMTİNA ETDİ
Prinsipcə Belarusun Ukraynaya qarşı müharibədə Rusiya tərəfindən döyüşmək ideyasından tamamilə əl çəkdiyini demək hələlik mümkün deyil. Lakin Lukaşenkonun yayınmağa çalışması da bizim üçün də müsbət haldır. Amma biz bu hücumu gözləyirik və hazırı,”, - Denisenko bildirib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan etmişdi ki, Belarus Respublikasının Volın istiqamətində böyük hücum təhlükəsi var.
Bizim.Media