Polşa Rusiyanın mümkün hücumuna hazırlaşır

Polşa Rusiyanın mümkün hücumuna hazırlaşır

Hazırda oxunan: Polşa Rusiyanın mümkün hücumuna hazırlaşır

65974

Polşa hökuməti artıq Rusiyadan mümkün hücuma hazırlaşır.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Polşadakı səfiri Andrey Deşitsia “Kanal 24”ün efirində deyib.

"Rusiyanın Polşaya hücum edə biləcəyi ilə bağlı qorxular var. Polşa hökuməti buna hazırlaşır. Ölkədə Polşa Silahlı Qüvvələrinin gücləndirilməsini nəzərdə tutan müdafiə haqqında qanun qəbul edilib", - Deşçitsa bildirib.

Onun sözlərinə görə, Rusiya dezinformasiya yayır ki, guya Polşa Ukraynanın qərbini almaq istəyir:

“Ancaq bunun reallıqla heç bir əlaqəsi yoxdur. Reallıq ondan ibarətdir ki, polyaklar Ukraynaya, Polşaya gələnlərə kömək edir. Bu, son bir neçə ildə görünməmiş yardımdır”. 

Qeyd edək ki, bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski bildirmişdi ki, ölkə öz ərazisində yerləşən rusların əmlakını müsadirə etmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO