Oliqarxlar Putini zəhərləməyi planlaşdırırlar – Prezidentliyə namizədlər KİMLƏRDİR? 

Oliqarxlar Putini zəhərləməyi planlaşdırırlar – Prezidentliyə namizədlər KİMLƏRDİR? 

Hazırda oxunan: Oliqarxlar Putini zəhərləməyi planlaşdırırlar – Prezidentliyə namizədlər KİMLƏRDİR? 

65888

Ukrayna kəşfiyyatı Rusiya oliqarxlarının prezident Vladimir Putini zəhərləməyi planlaşdırdığını iddia edib. 

Bizim.Media Britaniya mətbuatına istinadən xəbər verir ki, Ukrayna kəşfiyyatının əldə etdiyi məlumata görə, Rusiya elitası Vladimir Putini "zəhərləmək” və Qərblə ticarət əlaqələrini bərpa edəcək yeni lider prezident etmək üçün hərəkətə keçib. 

Məlumata görə, Kiyev Putinin yerinə seçilən şəxsin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Oleksandr Bortnikov olduğunu bildirib. 

Britaniya mətbuatının yazdığına görə, şərait Putini istefaya məcbur edərsə və ya zəhərləndiyi iddia edilirsə, onun yerinə ən güclü namizəd Mixail Mişustindir.

Rusiyanın baş naziri vəzifəsini icra edən Mişustin siyasi iyerarxiyada Putindən sonra ikinci yerdədir. Namizədlər arasında ölkənin paytaxtı Moskvanın hazırkı meri Sergey Sobyaninin də adı var.
Rusiya dövlətinin digər mühüm qolu olan Federal Təhlükəsizlik Xidmətinə (FSB) rəhbərlik edən Patruşev bürokratiyada çox güclü bir fiqur kimi seçilir. Son namizəd isə müdafiə naziri Sergey Şoyqudur. Qeyd edək ki, Şoyqu hazırda Ukraynaya müdaxiləni koordinasiya edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO