Zelenski İsrail parlamenti qarşısında çıxış etdi: “24 fevral tarixə 2 dəfə düşdü”

Zelenski İsrail parlamenti qarşısında çıxış etdi: “24 fevral tarixə 2 dəfə düşdü”

Hazırda oxunan: Zelenski İsrail parlamenti qarşısında çıxış etdi: “24 fevral tarixə 2 dəfə düşdü”

65813

Ukrayna prezidenti Volodimir Zelenski bu gün İsrail parlamenti qarşısında çıxış edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya UNIAN nəşrində yer alıb.

“Biz fərqli ölkələrdə və tamamilə fərqli şəraitdəyik. Amma bizim bir təhlükəmiz var - xalqın, dövlətin, mədəniyyətin və hətta adın tamamilə məhv edilməsi. Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcı olan 24 fevral haqqında düşünməyinizi istəyirəm.

Həmin gün tarixə iki dəfə ukraynalılar və yəhudilər üçün faciə kimi düşdü. 24 fevral 1920-ci ildə milyonlarla insanın həyatına son qoyan, bütöv ölkələri məhv edən Milli Sosialist Alman Fəhlə Partiyası quruldu. 102 ildən sonra, həm də fevralın 24-də Rusiya Ukrayna ərazisini işğal etmək əmri verdi.

Bu, minlərlə insanın həyatına son qoyan və milyonlarla insanı sürgünə aparan bir işğaldır. İnsanlarımız indi dünyanın dörd bir yanına səpələnib, bir vaxtlar sizin axtardığınız kimi təhlükəsiz yer axtarırlar”, - deyə Zelenski bildirib.

O, Kremlin dediklərinə qulaq asmağa çağırıb.

“Onlarda hətta nasist Almaniyasında səslənən terminlər var. İkinci Dünya Müharibəsi zamanı bu, "yəhudi məsələsinin son həlli" adlanırdı.

İndi də Kremldə bunu “Ukrayna məsələsinin yekun həlli” adlandırırlar. İsrail xalqı, siz rus raketlərinin 100.000-dən çox Holokost qurbanının dəfn olunduğu Babi Yarı necə vurduğunu gördünüz. Elə ilk gün Rusiya mərmiləri hər il on minlərlə yəhudinin ziyarət etdiyi Uman şəhərinə düşüb”, - deyə prezident qeyd edib.

Zelenski əmin olduğunu bildirib ki, onun “müraciətinin hər bir sözü parlamentarilərin qəlbində ağrı ilə iz buraxır”.

“Ancaq izah edə bilərsinizmi ki, niyə hələ də bütün dünyaya kömək üçün müraciət edirik? Laqeydlik bizi öldürür, hesablamalar çox vaxt səhv olur. Vasitəçilik xeyir ilə şər arasında deyil, dövlətlər arasında ola bilər.

Hamı bilir ki, sizin raketdən müdafiə sisteminiz, güclü silahlarınız var. Siz öz xalqınızın mənafeyini müdafiə etdiyiniz kimi bu gün ukraynalıların, ukraynalı yəhudilərin həyatını da qoruya bilərsiniz. Çoxdan soruşmaq istərdim, niyə indiyədək bizə silah verməmisiniz və ya niyə Rusiyaya qarşı sanksiyalar tətbiq etmirsiniz? İndi sizin seçiminiz var”, - prezident əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO