Pentaqon S-400 zenit-raket komplekslərinin Kiyevə göndərilməsilə bağlı Ankara ilə danışıqlar aparıldığını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə bazar günü Pentaqonun sözçüsünə istinadən Sky News Arabia telekanalı məlumat yayıb.
“Biz Türkiyənin F-35 proqramına qayıtması və ondan sanksiyaların götürülməsi müqabilində S-400 sistemindən imtina etmək və onu Kiyevə göndərmək üçün Ankara ilə davamlı danışıqlar aparırıq”, deyə mənbə qeyd edib.
Xatırladaq ki, şənbə günü Reuters öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ rəsmiləri türk həmkarları ilə məsləhətləşmələr zamanı Ankaranın S-400-ləri Kiyevə ötürmə ehtimalına toxunub, lakin rəsmi olaraq belə bir təklif irəli sürməyiblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:06 / 20.03.2022
ABŞ Türkiyə ilə S-400-lərlə bağlı danışıq apardığını təsdiqlədi - Ukraynaya veriləcək?
Hazırda oxunan: ABŞ Türkiyə ilə S-400-lərlə bağlı danışıq apardığını təsdiqlədi - Ukraynaya veriləcək?
Hazırda oxunan: ABŞ Türkiyə ilə S-400-lərlə bağlı danışıq apardığını təsdiqlədi - Ukraynaya veriləcək?
65801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.