Rusiya Müdafiə Nazirliyi ilk dəfə silahlı

Rusiya Müdafiə Nazirliyi ilk dəfə silahlı "Orion" dronunu nümayiş etdirdi

Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyi ilk dəfə silahlı "Orion" dronunu nümayiş etdirdi

6577

Rusiya Müdafiə Nazirliyi yüksək dəqiqliklə hədəfi vuran bombalarla təchiz edilən Orion dronunun son versiyasını ilk dəfə nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, cihazı Müdafiə Nazirliyinin saytında dərc olunan 2021-ci il təqvimində görmək olar.

Orion səhra kamuflyajında təqdim olunur. Aparatın qanadları altında KAB-20 aviabombaları quraşdırılıb.

Bu bombaların hər biri 21 kiloqramdır, 7 kiloqram ağırlığında yüksək partlayıcı gücə malik olan parçalanma başlığı, həmçinin peyk və lazer yerləşdirmə sistemləri ilə təchiz edilib.

KAB-20 yüngül zirehli hədəfləri və canlı qüvvəni məhv etmək üçün təsirli bir vasitədir.

NEWS.ru-nun verdiyi xəbərə görə, 2019-cu ilin noyabrında Orion aparatı Ryazan vilayətinin Listvyanka kəndində yaşayış binalarından 70 metr aralıya düşüb.

Rusiya hərbi qurumundakı bir mənbə daha sonra bu hadisənin 2019-cu ilin sonunda cihazın istismara verilməsinə təsir göstərməyəcəyini söyləyib.

Müdafiə Nazirliyi ilə Kronstadt şirkəti arasında Orion pilotsuz təyyarələrinin tədarükü üçün ilk sazişin imzalanması Ordu-2020 forumunda məlum olub. Orion pilotsuz kompleksinin ilk dəsti 2020-ci ilin aprelində hərbi hissələrə verilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO