Tayvanda 5,1 bal gücündə zəlzələ oldu

Tayvanda 5,1 bal gücündə zəlzələ oldu

Hazırda oxunan: Tayvanda 5,1 bal gücündə zəlzələ oldu

65695

Şənbə günü Tayvanın mərkəzi hissəsində 5,1 bal gücündə zəlzələ olub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, adanın seysmoloji xidmətinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 23:23-də (Bakı vaxtı ilə 19:23) qeydə alınıb.

Zəlzələnin episentri Nantau şəhərindən 29,4 kilometr aralıda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

Yer silkələnməsi Yunlin, Nantau, Szyai, Cjanxua qəzalarının ərazilərində hiss edilib. Həlak olanlar və dağıntılar barədə hələlik məlumat alınmayıb.

İyirmi üç milyondan çox əhalisi olan Tayvan Şərqi Asiyanın aktiv seysmik rayonunda yerləşir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO