"ABŞ Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq niyyətində deyil, çünki bu, Vaşinqtonun Rusiya ilə istəmədiyi münaqişəyə gətirib çıxarardı".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Slovakiyada keçirilən mətbuat konfransında bildirib.
“Bayden açıq şəkildə bildirdi ki, qüvvələrimiz Ukraynada döyüşməyəcək. Eyni zamanda, biz Ukraynanı və onun ərazisini qorumaq səylərini dəstəkləmək üçün mümkün olan hər şeyi edəcəyik”, - Pentaqonun rəhbəri deyib.
“Uçuşa qadağa zonasının yaradılması sizin Rusiya ilə döyüşlərdə iştirak etməyiniz deməkdir. Biz demişik, Rusiya ilə müharibə etməyəcəyik”, - Ostin vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:59 / 17.03.2022
ABŞ müdafiə naziri: "Ukraynada Rusiya ilə vuruşmayacağıq"
Hazırda oxunan: ABŞ müdafiə naziri: "Ukraynada Rusiya ilə vuruşmayacağıq"
Hazırda oxunan: ABŞ müdafiə naziri: "Ukraynada Rusiya ilə vuruşmayacağıq"
65390
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.