Alman mətbuatı BAYRAKTARA nə ad qoyub? - TƏZAD

Alman mətbuatı BAYRAKTARA nə ad qoyub? - TƏZAD

Hazırda oxunan: Alman mətbuatı BAYRAKTARA nə ad qoyub? - TƏZAD

65285

Bu günlərdə Almaniyanın aparıcı KİV-i olan “Bild” nəşrində yayımlanan “Ümid silahı” başlıqlı məqalə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki,  məqalədə Rusiya ilə müharibədə Ukrayna ordusunun müdafiə məqsədilə Türkiyə isethsalı olan "Bayraktar" pilotsuz uçuş aparatlarına (PUA) ümid bağladığı bildirilir. 

Bundan əlavə, Türkiyə istehsalı olan dronların texniki göstəricilərinə təriflər yağdırılır, eyni zamanda ukraynalıların ona mahnılar qoşduğu qeyd olunur.
 

MÖVZU İLƏ BAĞLI:

“Bayraktar” PUA-ları hansı ölkələrin arsenalında var? – ARAŞDIRMA   


Təbii ki, Bayraqdarların döyüş potensialı ən yaxşı azərbaycanlılara bələddir. Çünki bu PUA-lar öz şöhrətinin böyük qismini məhz 44 günlük Vətən savaşına borcludur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən əməliyyatlarda uğurla istifadə olunan “Bayraktar”lar Rusiya istehsalı olan silahlara müqavimət imkanı buraxmamışdı.

Məhz 2020-ci ilin payızından sonra bir sıra ölkələr, eyni zamanda Ukrayna “Bayraktar”ları öz arsenalına daxil etməyə başladı.

Maraqlı məqamsa budur ki, cəmi iki il əvvəl Azərbaycanın Vətən müharibəsi zamanı Almaniya mətbu orqanı Bayraktar PUA-ları barədə məqalə dərc edərkən onu "Ərdoğanın qatil dronu" deyə adlandırmaqla gündəmə gəlmişdi.

Görəsən, Azərbaycanın haqq savaşında nəinki səssiz qalan, hətta mübarizəmizi bu cür qara PR-la gözdən salmağa çalışan “Bild”i Türkiyə PUA-ları haqqında düşüncələrini birdən-birə niyə dəyişdi? Axı qol həmin qol olmasa belə, qılınc həmən qılıncdır.

Görünür, Qərbin Azərbaycana və Türkiyəyə qarşı ikili standartları yenə də davam etməkdədir və “Bild” üçün savaşda kimin haqq mübarizəsi aparması heç bir əhəmiyyət kəsb etmir.

Qeyd edək ki, sözügedən mövzu Türkiyə mediasında da diqqət mərkəzindədir. Belə ki, bu məsələyə bir neçə yazı həsr edilib və "Bayraktar"a qarşı birmənalı münasibətin olmaması qınanılıb. Bildirilib ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarına belə ikili sandartla yanaşmaq siyasi məna daşıyır və bu cür fərqli münasibətin göstərilməsi doğru deyil.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO