Zelenski ABŞ Konqresinə müraciətində “Təslim olmayacağıq” dedi - VİDEO

Zelenski ABŞ Konqresinə müraciətində “Təslim olmayacağıq” dedi - VİDEO

Hazırda oxunan: Zelenski ABŞ Konqresinə müraciətində “Təslim olmayacağıq” dedi - VİDEO

65283

Ukrayna Prezidenti Volodimir Zelenski martın 16-da birbaşa translyasiya rejimində ABŞ Konqresinə müraciət edib.

Bizim.Media xəbər verir ki, Ukrayna lideri ABŞ Konqresinin hər iki palatasına videomüraciətində Kiyevin hər gün şiddətli atəşə məruz qaldığını, lakin təslim olmadığını və təslim olmayacağını bildirib.

Zelenski Birləşmiş Ştatlardan Ukraynaya maliyyə yardımını və siyasi dəstəyi davam etdirməsini xahiş edib. Amerika şirkətlərini Rusiya bazarını tərk etməyə çağıran Zelenski Prezident Co Baydenə qiyabi müraciətində deyib:

“Mən istərdim ki, siz planetin lideri, yəni sülh uğrunda hərəkatın lideri olasınız”.

Volodimir Zelenski Ukraynanın çox fəal şəkildə dəstəklənməsinə və Prezident Baydenin bu işdə şəxsi iştirakına görə təşəkkürünü bildirib. Sonra o, ABŞ Konqresinin üzvlərinin son həftələrdə Ukraynanın müxtəlif şəhərlərində çəkilmiş videokadrlardan ibarət videomontaja baxmalarını xahiş edib. Videoçarx “Ukrayna səmasını bağlayın” sözləri ilə başa çatır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO