Dələduzluq hekayəsi Netflix-də serial olan Anna Sorokinə DEPORTASİYA ŞOKU   

Dələduzluq hekayəsi Netflix-də serial olan Anna Sorokinə DEPORTASİYA ŞOKU   

Hazırda oxunan: Dələduzluq hekayəsi Netflix-də serial olan Anna Sorokinə DEPORTASİYA ŞOKU   

65270

Özünü alman milyonçu olaraq tanıdıb Nyu-York cəmiyyətini aldadan və barəsində serial çəkilən Anna Sorokin ABŞ-dan deportasiya ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Sorokinin vəkili Menni Arora məlumat verib.

Bazar ertəsi gecəsi təyyarə ilə Almaniyanın Frankfurt şəhərinə göndərilməli olan Sorokinin ABŞ-da qalmaqla bağlı müraciətinə aprelin 19-da baxılacağı üçün deportasiya qərarından qəzəbləndiyi bildirilib.

Onun deportasiya qərarından şikayət etmək üçün qanuni 30 günlük müddəti var.

Xatırladaq ki, özünü 67 milyon dollarlıq sərvətin sahibi, neft milyonçusunun qızı Anna Delvi kimi tanıdan Anna Sorokin 275 min dollarlıq fırıldaqçılıqda günahlandırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO