Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin dördüncü həftəsinin əvvəlindəki vəziyyət barədə məlumat verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya RBK-Ukrayna nəşrində yerləşdirilib.
Bildirilir ki, son sutka ərzində müdafiə qüvvələrinin mövqeyi və hərəkətlərinin xarakteri ciddi şəkildə dəyişməyib.
"Ukrayna qoşunları gün ərzində Rusiya Federasiyası silahlı qüvvələrinin Şərq Hərbi Dairəsinin 35-ci ümumqoşun ordusunun komanda məntəqəsini və dəstək hissələrini məhv edib, Rusiya qoşunlarının itkiləri dəqiqləşdirilir.
MÖVZU İLƏ BAĞLI:
Rusiya - Ukrayna müharibəsinin 22-ci günü – ONLAYN XRONİKA
Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Qüvvələrinin raket qoşunları düşmənin 10 hava hədəfini (2 Su-34 qırıcı-bombardmançı, 3 Su-34SM qırıcısı, 3 helikopter və operativ-taktiki PUA) məhv edib. Vurulan daha bir təyyarənin növü və pilotların taleyi dəqiqləşdirilir”, - deyə Baş Qərargah bildirib.
Qeyd olunur ki, Rusiya qoşunları Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirir.
Baş Qərargah həmçinin əlavə edib ki, Rusiya qoşunları itki verir:
“Döyüş bölmələrinin və dəstək hissələrinin cəlb edilməsində böyük problemlər var. Rusiya qoşunlarının şəxsi heyəti ruhdan düşüb, bu, fərarilik hallarının artmasına və Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi qulluqçularının Ukrayna ərazisindəki müharibədə iştirakdan imtinasına səbəb olub”.
Bizim.Media