Martın 14-də Los Ancelesdə “Critics Choice Awards 2022”nin mükafatlandırma gecəsi baş tutub.
Bizim.Media xəbər verir ki, gecədə iştirak edən ulduzlar bir-birindən gözqamaşdırıcı libaslarla qırmızı xalıdan keçib.
Amerikalı aktrisa Kelli Hu isə azərbaycanlı dizayner Rüfət İsmayılın təsisçisi olduğu “Affair” markasının “Sumakh” kolleksiyasından olan libasla tədbirdə iştirak edib.
“Instagram” hesabında fotolarını izləyiciləri ilə bölüşən aktrisa dizaynerin səhifəsinə şərh yazaraq “Paltar bu tədbir üçün tamamilə mükəmməl idi. Bunu geyinməyimə icazə verdiyiniz üçün çox sağ olun” – deyə qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:05 / 16.03.2022
Hollivud aktrisası azərbaycanlı dizaynerin geyimində - FOTO
Hazırda oxunan: Hollivud aktrisası azərbaycanlı dizaynerin geyimində - FOTO
Hazırda oxunan: Hollivud aktrisası azərbaycanlı dizaynerin geyimində - FOTO
65147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.