Rusiya Avropa Şurasından niyə çıxıb? - Lavrov əsas səbəbi açıqladı

Rusiya Avropa Şurasından niyə çıxıb? - Lavrov əsas səbəbi açıqladı

Hazırda oxunan: Rusiya Avropa Şurasından niyə çıxıb? - Lavrov əsas səbəbi açıqladı

65103

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Avropa Şurasından çıxmasının səbəblərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, o, bu barədə “RBC” telekanalına müsahibəsində bildirib. 

“Bu qərar çoxdan qəbul olunub. Çünki o qurum tamamilə deqradasiyaya uğrayıb", - Rusiya XİN başçısı deyib. 

Həmçinin Rusiya Dövlət Dumasının vitse-spikeri, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Petr Tolstoy da Sergey Lavrov Rusiyanın Avropa Şurasından (AŞ) çıxması ilə bağlı müvafiq məktubu qurumun baş katibinə təqdim etdiyini qeyd edib: 

"Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış və düşünülmüş qərardır”. 

O bildirib ki, Rusiya ilə Avropa Şurası arasında dialoqun kəsilməsinə görə bütün məsuliyyət NATO ölkələrinin üzərinə düşür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO