“Ukrayna ilə danışıqlar yaxşı getmir, lakin kompromis üçün müəyyən ümidlər var”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov “RBC” kanalına müsahibəsində bildirib.
"Mən danışıqları aparan heyətin verdiyi dəyərləndirmələri rəhbər tuturam. Onlar bəyan edirlər ki, danışıqlar məlum səbəblərə görə yaxşı getmir, lakin buna baxmayaraq, kompromis əldə etmək üçün müəyyən ümid var. Ukrayna nümayəndə heyətinin bəzi nümayəndələri, Ukrayna tərəfi, o cümlədən prezident Zelenskinin ofisinin işçiləri də vəziyyəti eyni cür qiymətləndirir”, - deyə Lavrov qeyd edib.
Nazir bildirib ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Antalyada keçirilən danışıqlarda heç bir yeni ideya irəli sürməyib: "O dedi ki, oraya açıq açıqlamalar vermək üçün gəlməyib”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:06 / 16.03.2022
Lavrov Rusiya-Ukrayna danışıqları BARƏDƏ: "Ümid var"
Hazırda oxunan: Lavrov Rusiya-Ukrayna danışıqları BARƏDƏ: "Ümid var"
Hazırda oxunan: Lavrov Rusiya-Ukrayna danışıqları BARƏDƏ: "Ümid var"
65101
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.