Rusiyanın ən böyük aviadaşıyıcıları Aİ hava məkanında uçuş hüququndan məhrum edildi

Rusiyanın ən böyük aviadaşıyıcıları Aİ hava məkanında uçuş hüququndan məhrum edildi

Hazırda oxunan: Rusiyanın ən böyük aviadaşıyıcıları Aİ hava məkanında uçuş hüququndan məhrum edildi

65087

Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Aİ Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Rusiya şirkətlərinə verilən lisenziyaları dayandırıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb. 

“Söhbət hava daşıyıcıları üçün məhsullar, ehtiyat hissələri, alətlər üçün lisenziyalardan, aviasiyaya texniki xidmət üçün lisenziyalardan, eləcə də təşkilatlar üçün təlim mərkəzləri və uçuş simulyasiyası üçün təlim cihazları üçün lisenziyalardan gedir” – deyə məlumatda qeyd edilib. 

Lisenziyaları dayandırılmış şirkətlər arasında Rusiyanın ən böyük aviadaşıyıcıları - Aeroflot, S7, Volqa-Dnepr, Ural Hava Yolları, Azur və s. var. Onların artıq Aİ hava məkanında uçuşlar həyata keçirmək hüququ yoxdur. 
Həmçinin, EASA təyyarələrə texniki xidmət göstərən bir sıra müəssisələrin, xüsusən də A-Technics, S7 Engineering, Volga-Dnepr Technics şirkətlərinin lisenziyasını dayandırıb 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO