Rusiyanın "Birinci kanal"ında canlı efirə daxil olaraq müharibə əleyhinə pankart açan Marina Ovsyannikova 30 min rubl cərimələnib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın Ostankino Məhkəməsi qərar verib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya telekanalında baş verən insident araşdırılır – Redaktor saxlanılıb
M.Ovsyannikov Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (Xəbərdarlıq vermədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilinib.
Qeyd edək ki, "Birinci kanal"ın əməkdaşı olan Mariya Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb və “müharibəni dayandırın!” şüarı səsləndirib.
Bizim.Media