Rusiyadan ABŞ-a cavab: Co Baydan və Blinkenə SANKSİYA

Rusiyadan ABŞ-a cavab: Co Baydan və Blinkenə SANKSİYA

Hazırda oxunan: Rusiyadan ABŞ-a cavab: Co Baydan və Blinkenə SANKSİYA

64980

Rusiya hökuməti ABŞ-a qarşı cavab sanksiyalarını açıqlayıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, ABŞ rəhbərliyinin nümayəndələri və onlarla əlaqəli şəxslər də sanksiyalara daxil edilib.

Rusiya Xarici İşlər Nazirliyinin “stop siyahısı”na 13 nəfər daxildir:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyaya tətbiq olunan sanksiyalar ərzaq məhsullarını bahalaşdıracaq – BMT-dən HƏYƏCAN TƏBİLİ


ABŞ Prezidenti Cozef Bayden, dövlət katibi Entoni Blinken, Pentaqonun rəhbəri Lloyd Ostin, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley, Ağ Evin mətbuat katibi Cen Psaki, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini Duleep Sinkx, Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer, ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə keçmiş namizəd Hillari Klinton, maliyyə nazirinin birinci müavini Adeveyl Adevemo, İxrac-İdxal Bankının prezidenti və Direktorlar Şurasının sədri Reta Cozef Lyuis, prezidentin oğlu Hanter Bayden.

Bu şəxslərin Rusiya ərazisinə daxil olması qadağan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO