Prezident Zelenskinin aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç ukraynalı jurnalist Dmitri Qordona müsahibə verib və deyib ki, Ukrayna Krımı Rusiyanın ərazisi kimi tanımağa və Donbasdan imtina etməyə razı olmayacaq.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı UNİAN saytı yayıb.
“Məsələn, birgə idarəetmə variantı var. Tarixdən müxtəlif nümunələr var. Məsələn, Türkiyə Kiprlə.
O, Şimali Kipri özününkü hesab edir, amma bunu dünyada heç kim tanımır. Bir milyon variant var. Düşünürəm ki, diplomatiyamız bunun öhdəsindən gələcək, çünki burada təkcə ikitərəfli münasibətlər deyil, həm də bütöv bir dövlət sistemi iştirak edir.
Hətta o ölkələr ki, Ukraynadan uzaqdadır, amma Rusiya üçün çox ciddi faktordur və öz zəmanətlərini verirlər. Düzgün başa düşmək lazımdır ki, indi ikitərəfli danışıqların necə getdiyini deyil, çərçivə razılaşmasını təmin etmək üçün neçə liderin cəlb olunmasını müzakirə edirlər”, - Aretoviç bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:49 / 15.03.2022
Zelenskinin ofisi: “Krımı Rusiyanın ərazisi kimi tanımayacağıq və Donbasdan imtina etməyəcəyik”
Hazırda oxunan: Zelenskinin ofisi: “Krımı Rusiyanın ərazisi kimi tanımayacağıq və Donbasdan imtina etməyəcəyik”
Hazırda oxunan: Zelenskinin ofisi: “Krımı Rusiyanın ərazisi kimi tanımayacağıq və Donbasdan imtina etməyəcəyik”
64967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.