Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Cinayət Məcəlləsinə Rusiya ilə hər hansı əməkdaşlığa görə cəza verilməsini nəzərdə tutan “Əməkdaşlıq” maddəsi ilə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Bizim.Media bu barədə Ali Radanın sədr müavini Aleksandr Korniyenko bildirib.
"Kollaborasiya haqqında qanun artıq prezident tərəfindən imzalanıb. Məndə olan məlumata görə, o, dərc olunacaq", - deyə Korniyenko qeyd edib.
“Xalqın xidmətçisi” partiyasını təmsil edən Korniyenko əlavə edib ki, ölkəni tərk etmiş və ya əvvəllər “qeyri-vətənpərvər” siyasi mövqe tutmuş Rada deputatları da yeni cinayət maddəsinə düşə bilər:
“Belə hərəkətlərinə görə onlar bu maddə ilə ən yüksək cəzaya - 15 il müddətinə azadlıqdan məhrum edilməlidir”.
Kremlin sözçüsü Dmitri Peskov Ukraynada Rusiya Federasiyası ilə əməkdaşlığa görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanunla bağlı məlumat olmadığını söyləyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:29 / 15.03.2022
Zelenski Rusiya ilə əməkdaşlığın cəzalandırılmasını nəzərdə tutan qanun imzaladı
Hazırda oxunan: Zelenski Rusiya ilə əməkdaşlığın cəzalandırılmasını nəzərdə tutan qanun imzaladı
Hazırda oxunan: Zelenski Rusiya ilə əməkdaşlığın cəzalandırılmasını nəzərdə tutan qanun imzaladı
64909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.