Pakistanın 2 şəhərindən Bakıya uçuşlara start verilir

Pakistanın 2 şəhərindən Bakıya uçuşlara start verilir

Hazırda oxunan: Pakistanın 2 şəhərindən Bakıya uçuşlara start verilir

64733

“Pakistan International Airlines” aviaşirkəti bu həftədən Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlara başlayır. Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə bu gün AZAL prezidenti Cahangir Əsgərovun Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi ilə işgüzar görüşdə qeyd edilib.

C. Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə stimul verəcək.

B. Hayinin sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi Azərbaycan ilə Pakistan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına yeni təkan verəcək.

Görüşdə Azərbaycan ilə Pakistan arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin sərnişin axınının artırılması üzrə perspektiv planlar müzakirə edilib.

Tərəflər qeyd ediblər ki, həyata keçirilən əksepidemik tədbirlər COVID-19 ilə bağlı hazırkı vəziyyətin yaxşılaşdırılmasına nail olmağa imkan yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO