Qazaxıstanda yanvar hadisələri zamanı 230 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Baş prokuroru Berik Asılov bugün ölkə parlamenti Məclisində (aşağı palata) çıxışında bildirib.
Ən çox ölüm faktı Almatı şəhərində (139 nəfər) qeydə alınıb. 20 nəfər təsadüfən atəş altına düşərək ölüb. İğtişaşlar zamanı 3500-ə yaxın təhlükəsizlik işçisi də xəsarət alıb” – deyə Asılov qeyd edib.
Baş Prokurorluğun cinayət təqibi xidmətinin rəhbəri Serik Şalabayev də iğtişaşlarından sonra 19 xarici vətəndaşa qarşı cinayət işinin açıldığını söyləyib:
"Onlardan 11-i Özbəkistan, 4-ü Rusiya, 2-si Qırğızıstan, 1-i isə Çin və Tacikistan vətəndaşlarıdır, Onların əməlləri kütləvi iğtişaşlarda iştirak və oğurluq faktları üzrə qiymətləndirilir. Bu məlumatlar yekun deyil, çünki istintaq hələ də davam edir” – deyə Şalabayev qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:59 / 14.03.2022
Qazaxıstanda yanvar hadisələri zamanı 230 nəfər ölüb
Hazırda oxunan: Qazaxıstanda yanvar hadisələri zamanı 230 nəfər ölüb
Hazırda oxunan: Qazaxıstanda yanvar hadisələri zamanı 230 nəfər ölüb
64624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.