Kiyevin Obolonski dairəsində 9 mərtəbəli yaşayış binası rus ordusu tərəfindən raketlə vurulub.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, atılan raket nəticəsində 4 nəfər ölüb, 1-ci mərtəbədən 3-cü mərtəbəyə qədər pilləkən qismən, evin fasadı isə tamamilə yararsız hala düşüb, 3-cü və 4-cü mərtəbələrdəki mənzillərdə də yanğın baş verib.
Hadisə yerinə 9 ədəd əsas və xüsusi yanğın-xilasetmə texnikası, o cümlədən 35 nəfər cəlb olunub.
Doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın 500 kv.m sahədə lokallaşdırılıb. Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri tərəfindən 4 nəfər xilas edilib, axtarışlar davam edir.
Bizim.Media