Minlərlə rusiyalı turist Tailanddan qayıda bilmir

Minlərlə rusiyalı turist Tailanddan qayıda bilmir

Hazırda oxunan: Minlərlə rusiyalı turist Tailanddan qayıda bilmir

64573

Tailanddakı rus turistlər sanksiyaya görə vətənə qayıda bilmirlər.

Bizim.Media “Figaro”ya istinadən xəbər verir ki, Tailannda karantin təbirləri yumşaldılandan sonra rusiyalı turistlər bu ölkəyə axın edib.

Ukrayna münaqişəsinə görə tətbiq edilmiş sanksiyalar nəticəsində Rusiyanın beyləxalq hava əlaqələri kəsilib.

Tailand Turizm Agentliyinin məlumatına görə, ayrı-ayrı turizm zonalarındakı 5100-dən çox Rusiya vətəndaşı ölkəyə qayıtmağa çalışır. Hazırda Rusiya tərəfi ilə xüsusi reyslər ayrılması üçün danışıq aparılır.

Dövlət qurumları Yaxın Şərq ölkələrindən birinə xüsusi reyslər həyata keçirməyi təklif ediblər.

Rusiya vətəndaşları üçün digər problem Visa və Mastercard sistemli bank kartlarının işləməməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO